Çərşənbə axşamı, Aprel 28, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sənədsiz evə görə cərimə nə qədərdir?

28 Aprel, 26 / 10:38
A A
Sənədsiz evə görə cərimə nə qədərdir?

Son illər ölkədə qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilib. Lakin müşahidələr özbaşına aparılan tikinti proseslərinin davam etdiyini göstərir.

Mecra.az xəbər verir ki, bu isə “sənədsiz evlər” adlandırılan, əslində isə qeyri-qanuni tikililərin sayının artmasına gətirib çıxarır. Halbuki, son illər belə tikililərə qarşı qanunvericiliyə müəyyən dəyişikliklər edilib.

Maraqlıdır, bəs, ümumiyyətlə, qanunvericilikdə özbaşına tikililərlə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?

Əvvəlcə ondan başlayaq ki, qanunvericiliyə görə, nəinki özbaşına tikinti aparmaq, həmçinin torpaq sahəsindən təyinatına uyğun olmadan istifadə etmək də məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə görə, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. Torpaq kənd təsərrüfatı təyinatlı olduqda isə cərimə məbləği daha çox olur. Fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunur.

Bundan başqa, Cinayət Məcəlləsinin 188.2-ci maddəsində şəxsin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmasına görə məsuliyyət müəyyən edilib. Belə ki, şəxs qeyd olunan əməllərin törədilməsinə görə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə törədildikdə isə şəxsi daha ağır cəza gözləyir. Belə ki, bu halda şəxs 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsində, eyni zamanda, icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutulub. Buraya magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonaları aiddir. Qanunla bu ərazilərdə tikinti və ya quraşdırma işlərinin aparılmasına görə şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Tikilinin özünə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İcazəsiz inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında verildiyi hallarda şəxs inzibati məsuliyyət daşımır.

Tikintisinə icazə tələb olunmayan – mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin qanunvericiliyin tələblərinə əməl edilmədən tikilməsinə görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə olunur. Bu cərimələr 30 may 2023-cü ildən sonra tikintisinə başlanılmış tikililərə şamil olunur.

Tikintisi qeyd edilən əməllərin törədilməsi aparılan tikili üçün çıxarışın – sənədin alınması üçün də əngəl törədir. Qanunvericiliyə əsasən isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız çıxarış ilə təsdiq olunur. Çıxarışı olmayan yaşayış sahəsi heç kəsin mülkiyyəti deyil və belə tikili hüquqi baxımdan rəsmi şəkildə satıla bilməz (Qafqazinfo).

Əvvəlki yazı

Cəlilabadda DƏHŞƏTLİ QƏZA: Dərsə gedən məktəblini maşın vurdu

Növbəti yazı

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

XƏBƏR LENTİ

Bağça müəllimlərinin diqqətinə! - sertifikasiyanın vaxtı BƏLLİ OLDU

Bağça müəllimlərinin diqqətinə! - sertifikasiyanın vaxtı BƏLLİ OLDU

Aprel 28, 2026
I sinfə qəbul prosesi bu tarixdə başlayır

I sinfə qəbul prosesi bu tarixdə başlayır

Aprel 28, 2026
Direktorluğa namizədlər bu tarixdə ixtisasdan imtahan verəcək

Müəllimlərin sertifikasiya imtahanı - tarixlər AÇIQLANDI

Aprel 28, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Sabah intensiv yağış yağacaq

Aprel 28, 2026
Güllələnən müəllim İŞDƏN ÇIXDI

Güllələnən müəllim İŞDƏN ÇIXDI

Aprel 28, 2026
Prezident Ərdoğana başsağlığı verdi

Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək - Prezident sərəncam imzaladı

Aprel 28, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident sel və daşqınlarla mübarizə üçün 86 milyom yaxın vəsait ayırdı - Sərəncam 

Aprel 28, 2026
TƏCİLİ! "Yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI

TƏCİLİ! "Yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI

Aprel 28, 2026
"3 yaşlı uşağım bağçada qağlayanda bıçağı qızdıraraq əlinə basıb" - VİDEO

"3 yaşlı uşağım bağçada qağlayanda bıçağı qızdıraraq əlinə basıb" - VİDEO

Aprel 28, 2026
Qəbul imtahanlarına qeydiyyat başlanır

 Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

Aprel 28, 2026
Güclü külək əsir - Faktiki hava

Güclü külək əsir - Faktiki hava

Aprel 28, 2026
Lerikdə qazinin öldüyü hadisə ilə bağlı yeni detallar

Lerikdə qazinin öldüyü hadisə ilə bağlı yeni detallar

Aprel 28, 2026
Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Aprel 28, 2026
Sənədsiz evə görə cərimə nə qədərdir?

Sənədsiz evə görə cərimə nə qədərdir?

Aprel 28, 2026
Cəlilabadda DƏHŞƏTLİ QƏZA: Dərsə gedən məktəblini maşın vurdu

Cəlilabadda DƏHŞƏTLİ QƏZA: Dərsə gedən məktəblini maşın vurdu

Aprel 28, 2026
Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

Onların təhsil haqqını dövlət ödəyəcək

Aprel 27, 2026
Hökməli və Qobu qəsəbələrinin sakinləri fəyad edir - 10 gündür su yoxdur - VİDEO

Hökməli və Qobu qəsəbələrinin sakinləri fəyad edir - 10 gündür su yoxdur - VİDEO

Aprel 27, 2026
Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Aprel 27, 2026
Erməni kəşfiyyatçı rüşvətə görə saxlanıldı

Erməni kəşfiyyatçı rüşvətə görə saxlanıldı

Aprel 27, 2026
Bu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!

Bu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!

Aprel 27, 2026
4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

Aprel 27, 2026
İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR

Aprel 27, 2026
70 kq qızılla tutulan polkovnikə hökm oxundu

70 kq qızılla tutulan polkovnikə hökm oxundu

Aprel 27, 2026
2 gün leysan olacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprel 27, 2026
Şair ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... - FOTO

Şair ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı... - FOTO

Aprel 27, 2026
Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

Aprel 27, 2026
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Aprel 27, 2026
Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Aprel 27, 2026

“Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir”

Aprel 27, 2026
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Aprel 27, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.