“Bir qərib var durnaların köçündə…”-Saday Şəkərlinin şeiri…

XƏBƏR XƏTTİ
Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•

GÖRƏN VAR

 

 

Mən çapıb gedirəm söz köhlənimi,

gör qarşımda neçə dağım, dərəm var,

azar-bezar insanlığın qənimi,

dörd bir yanda sağalmayan vərəm var.

 

 

Bəxtikəmlər bu dünyaya tərs gəlir,

göz doymasa, nəfsi deyib bəs, gəlir,

yol üstündə qulağıma səs gəlir,

bax, deyəsən, ağlayan var, hürən var.

 

 

Bu nəğmənin bəstəsi də mənimdir,

soyuğu da, istisi də mənimdir,

od mənimsə, tüstüsü də mənimdir,

harda Əsli, orda yanmış Kərəm var.

 

 

Ayıran kim ot-ələfi biçində,

bir qərib var durnaların köçündə,

boğulmadım bu rənglərin içində,

bənövşəyi, yaşıl, qara, kürən var.

 

 

Başı qarlı bir alınmaz dağam mən,

millətin əlindəki bayrağam mən,

ay öldüyə çıxan bədbəxt, sağam mən,

hələ dağlar dalından min görən var.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt