Flora Afətə ismarış: “Nə vaxta kimi toylar süfrəsinə möhtac qalıb reklamla paltar geyinəcəksən!?”

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

Xalq artisti Flora Kərimova Ali Məhkəmənin qərarı ilə axtarışı qüvvədə qalan müğənni Afət Fərmanqızına ismarış göndərib.

Məcra.az Teleqraf.com-a istinadla xəbər verir ki, Flora Kərimova İnstaqram səhifəsində bu sözləri yazıb: “Bu da bir son, Afət, Ali Məhkəməyə kasasiya şikayətin də təmin olunmadı. Nə vaxta kimi özünü “haqlı” sayıb hər kəsi haqsız və məhkəmələri ədalətsiz hesab edəcəksən? Nə vaxta kimi üç aydan bir “oliqarx ərim” dediyinin maşınından sürgün həyatının “gözəlliyindən” video paylaşıb özünə təsəlli verəcəksən? Nə vaxta kimi toylar süfrəsinə möhtac qalıb reklamla paltar geyinəcəksən!? Maraqlıdır sadəcə.

Cavab verməyə bilərsən, çünki susmaq daha çox işinə yarayır. Təkrar edirəm sənə, məni heç yaxşı tanıtmadılar. Sən isə heç arif olmadın ki, deyilən sözdən nəticə çıxarasan. Qarşıdan gələn ad gününə hədiyyəni məndən gözlə. Qayıt Vətənə, rus pasportunu da gətir.

“Ad günü” demişkən, yadıma ad günümə sənin və Ülviyyən Alovlunun hazırladığı gecikmiş və uğursuz “təbrikiniz” düşdü. Çağrılan hər yerə “canla-başla gələn” Ülviyyəni məhkəmə yenə tapa bilmir və noyabrın 14-ü 5-ci dəfə məcburi gətirilmə ilə məhkəmə təyin olunub.

Çox qəribədir ki, bu üç ildə səni axtarıb tapa biləməyən polis 15 günə tapa biləcəkmi!? Ülviyyə, günəş tutulması da oldu. Sonra bilmədim demə! Və bir də heç bir dövlət qurumu nə jurnalist, nə publisist kimi səni tanımadığını Binəqədi rayon məhkəməsinə təqdim etdim”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt