“Pepsi” Şərurlu İsfəndiyarı məhkəməyə verdi

XƏBƏR XƏTTİ
Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi•

“Pepsi” içkilərinin Azərbaycandakı rəsmi təmsilçisi “Mars Overseas” tanınmış iş adamı İsfəndiyar Axundova məxsus “Şərur MTK”nı məhkəməyə verib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  şirkət iş adamını müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. İddiaya görə, “Şərur MTK” “Mars Overseas”dan 3400 manatlıq “Pepsi” məhsulu alıb, lakin pulunu ödəməyib. Buna görə də şirkət Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov ölkənin ən böyük tikinti maqnatlarından biri sayılır. O, Bakıda milyonlarla dəyəri olan bir çox binanın tikintisini həyata keçirən “Şərur MTK”-nın rəhbəridir.

“Mars Overseas” isə 1999-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərir. “Pepsi” məhsullarının Azərbaycanda istehsal və satış hüququna sahibdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt