Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

XƏBƏR XƏTTİ
Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  Goranboy rayonunda yaşayan Milli Qəhrəman ömrünün 72-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.

Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt