Əliyev-Putin-Paşinyan görüşü bu tarixdə baş tutacaq…

XƏBƏR XƏTTİ
Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır•Vətən müharibəsinin 44-cü günü: Münaqişə başa çatır – FOTO – VİDEO•Şəmkirdən Oksforda uzanan uğur hekayəsi: “Dünyanın ən yaxşı 50 tələbəsi” siyahısına düşən azərbaycanlı – FOTO•Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım•“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO•

“Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.

Məcra.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, – deyə Simonyan söyləyib.

Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi. Rusiyanın “Vedomosti” nəşri isə görüşün Moskva və yaxud Soçidə keçirilə biləcəyini yazıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt