“İnsanlar hansı peşəni sevirsə, o işlə məşğul olsalar, daha yaxşı olar. Məsələn, mənim çalışdığım Tibb Universiteti həkim yetişdirir. Universiteti bitirən məzunun həkimlik haqqında ümumi biliyi olur. Gərək ondan sonra artıq tibb sahəsindəki peşəni seçəsən. Məsələn, biri cərrah, digəri stomotoloq olmaq istəyir. Altı il bizim universitetdə təhsil aldıqdan sonra gərək altı il də əlavə uzmanlıq üçün təhsil alsın”
Bunu Məcra.a-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov Azərbaycanda öz sənətini yaxşı bilən insanların az olduğunu bildirib:
“Azərbaycanda öz sənətini bilən insanlar çox azdır. Əksəriyyəti sənətini ucundan-qulağından bilir və insanları yola verir. Bu belə olmalı deyil. Hər bir insan öz sənətinin mükəmməl bilicisi olmalıdır. Nə olursan ol, palançı ol, amma öz sənətinin mahir bilicisi ol. Öz sənətini mükəmməl bilmirsənsə, o işdə işləməyə haqqın yoxdur. Nə öz sənətini yaxşı bilir, nə də fəhlə işləmək istəyir. Fəhlə işləməyi də bacarmaq lazımdır”.
Vasif Əlihüseyn