Mədinə Əliyeva nazirlik tərəfindən təltif edildi-FOTO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva aqrar sektorun inkişafında verdiyi töhfələrə görə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif edilib.

Məcra.az xəbər verir ki,  “15 Oktyabr – Beynəlxalq Kənd Qadınları Günü”nə həsr olunmuş “ Aqrar sektorun inkişafında qadınların töhfəsi” mövzusunda keçirilən konfransda aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyəti yüksək qiymətləndirilib.

Konfransda ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə çıxışlar olub.

Qeyd edək ki, Mədinə Əliyeva uzun müddətdir ki, aqrar sektorda fəaliyyət göstərir. Bu vaxta qədər bir sıra dövlət və özəl şirkətlər tərəfindən təltif edilib.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt