Niderlandlı yazıçı: “Mən Makronu axmaq adlandırıram, o, bütün ermənilərlə razıdır…”

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

“Burada gördüklərimiz, bu insanlara qarşı edilənlər həqiqətən utancvericidir. Onları diri-diri basdırıblar, onların əl-ayaqlarını kabel, kəndir və ya məftillə bağlayıblar. Biz deyə bilərik ki, bunu yalnız vəhşilər edə bilər”.

APA xəbər verir ki, bunu bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən niderlandlı yazıçı Henri Van Rens deyib:

“Mən Makronu axmaq adlandırıram. O, bütün ermənilərlə razıdır və ancaq burada baş verənləri vecinə almır. Onlar buraya diqqət yetirmir, elə mənim hökumətim də. Onlar deyirlər ki, “ola bilər ki, bu, baş vermiş olsun”. Ancaq siz buranı ziyarət edən niderlandlı parlamentariləri görürsünüzmü? Xeyr. Siz onları görmürsünüz. Düşünürəm ki, onlar ABŞ, Fransa, Almaniya və ya hansısa başqa ölkələrdən qorxurlar. Bəziləri də ermənilərdən maliyyə dəstəyi alır”, – deyə Henri Van Rens əlavə edib.

Niderlandlı yazıçı həmçinin bildirib ki, bütün bunlar – birinci və ikinci Qarabağ müharibələrində törədilmiş kütləvi qırğınlar, məcburi köçkünlər və s. barədə kitabında qeyd edib:

“Bu kitaba görə, bəlkə də, bəzi problemlərlə üzləşəcəyəm, amma, bu, məni narahat etmir”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt