“Azərbaycan-Qırğızıstan dostluq münasibətləri möhkəmlənir və inkişaf edir”

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər sırasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər də fəallaşıb, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub. Azərbaycan Prezidentinin Qırğızıstan Respublikasına səfəri bir daha onu göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı bu münasibətlər çox yüksək səviyyədə qurulmuşdur.

Bişkekdə keçirilən yüksək səviyyəli tədbirlərdə Qırğız Respublikasının Prezidenti Japarov cənab İlham Əliyevin Azərbycanın milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd edib. O, xüsusilə vurğulayıb ki, qırğız xalqı  üçün qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir.

Qısa müddət ərzində qarşılıqlı istəklər sayəsində reallığa çevrilmiş Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözlə görünən parlaq sübutudur. Bu, xalqlarımız arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda mühüm hadisədir.  Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qardaşlıq rəmzidir.

Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var: Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Əminik ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımız bütün sahələrdə – həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləyəcək.

İlham Əmirov,

Cəlilabad rayon Sərhədabad kənd tam orta məktəbinin müəllimi, YAP fəalı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt