Bu gün İrəvan küçələrində bir qrup şəxs Ermənistanın “milli qəhrəmanı”, 44 günlük müharibənin iştrakçısı Vahaqn Asateryanın ölüm gününü qeyd edir. Bu adam ermənilər üçün “müharibənin simvolu” kimi də qəbul olunurdu. Ermənistanın 44 günlük müharibə dövründə “uğurlu hərbi əməliyyatları”nın arxasında məhz o dururdu. Onu heç kim öldürə bilmirdi, amma Azərbaycanın “Yaşma” adlanan xüsusi təyinatlı dəstəsi onu bir neçə günə yox edə bildi.
Axar.az xəbər verir ki, bu sözləri Asateryanın qohumu Sima Petrosyan erməni mətbuatına açıqlamasında deyib.
“Vahaqn ölməz idi. Onun haqında sağlığında belə rəvayətlər gəzirdi. Çox cəld və məntiqli olduğundan hərbidə ona “Agent 007” deyirdilər. Onunla son olaraq Hadrudda olarkən danışdım. O dedi ki, Hadruda Azərbaycanın “Yaşma” adlanan xüsusi təyinatlı dəstəsi girib və vəziyyətin pis olduğunu dedi. Bir neçə saat sonra isə Vahaqnın öldürüldüyünü mənə bildirdilər. Dedilər ki, onu dron güdüb, yeri müəyyən edilib, sonra isə “Yaşma” işə başlayıb. Vahaqn böyük bir dəstənin komandiri idi. Onu hamı qorumağa çalışsa da, “Yaşma” onu tapıb öldürə bildi”, – deyə o qeyd edib.