“Çox əziyyət çəkirik, heç vaxt atamızı belə görməmişik…”-Dədə Süleymanın qızı…

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

83 yaşlı xanəndə, əməkdar artist Süleyman Abdullayevin səhhəti pisləşib.

Məcra.az xəbər verir ki, bu haqda əməkdar artistin qızı Aygün Abdullayeva “Günün sədası” verilişdə məlumat berib.

O, atasının səhhətinin pis olduğunu deyib: “Atam ağır vəziyyətdədir, qanqrenadan əziyyət çəkir. Beş gündür ki, ağrıkəsicilərlə yaşayır. Vəziyyəti çox pisdir. Övladı olaraq çox əziyyət çəkirik, heç vaxt atamızı belə görməmişik. Atamın ürək fəaliyyətində çox ciddi problemlər var. Həkimlərin qoyduqları diaqnoza görə, ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir, böyrəklərindən biri işləmir, qaraciyərində çox ciddi problemlər var. Amma həkimlər müalicələri dayandırmağı məsləhət görüblər. Hər şey Allahdan gəlir və həkimlərimiz də bu xəstəliklər qarşısında acizdirlər. Çünki əllərindən gələn hər şeyi ediblər.

Bir il bundan əvvəl avqustda atamın ayağının baş barmağında qanqrena başladı, amputasiya olundu. Bir il keçəndən sonra çeçələ barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.

Atam çoxdan şəkər xəstəsidi, dar ayaqqabı geyinməməlidi. Dar ayaqqabı geyindiyinə görə ayağında qanrena əmələ gəldi”.Teleqraf.com

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt