Kürdəxanıda hamı 23 yaşlı qızın törətdiyi dəhşətli qəzadan danışır – FOTOLAR

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Dünən axşam saatlarında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş ağır yol qəzasının detalları bəlli olub.

Məcra.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, ilkin araşdırmalar zamanı qəzanı törədən 1999-cu il təvəllüdlü Əhmədova İlkanə Rəsul qızının sərxoş olmadığı müəyyən edilib:

“Oktyabrın 10-u saat 17:20-də Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında İ.Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.

Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı avto-texniki ekspertizalar təyin edilib. Qəza vaxtı “Chevrolet Malibu”nun hansı sürətlə hərəkət etməsi ekspertizanın rəyindən sonra məlum olacaq”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt