Azərbaycan hərbçilərinin məhv etdiyi erməni bacı-qardaş snayper olub. Modern.az xəbər verir ki, Ermənistan mətbuatı sentyabrın 13-də sərhəd döyüşlərində məhv edilən snayper qadın Alisa Melkonyan barəsində yazı hazırlayıb. Yazıda Alisa Melkonyanın 44 günlük II Qarabağ müharibəsində də iştirak etdiyi və ağır yaralandığı qeyd olunub.
Bildirilib ki, Alisanın qardaşı gizir Qaqik Melkonyan 2016-cı il “Aprel döyüşləri” zamanı Talış kəndində məhv edilib. Qaqik də bacısı kimi snayper olub. Qardaşının dəfn günü Alisa Melkonyan and içib ki, onun işini davam etdirəcək və qisasını alacaq. Lakin snayper kimi döyüşmək 41 yaşlı Alisaya baha başa gəlib və o, 2022-ci il sentyabrın 13-də Azərbaycan hərbçilərinin sərrast atəşilə zərərsizləşdirilib.
Alisa Melkonyan “Martuni-2” dəstəsinin tərkibində könüllü döyüşçü olub. Onun Kəlbəcər istiqamətindəki döyüşdə məhv edildiyi bildirilir.
Erməni mediasının məlumatına görə, həmin döyüşdə təkcə Alisa Melkonyan yox, onların dəstəsinin bütün əsgərləri öldürülüb.
Rəsmi Bakı sentyabrın 20-də 94 erməni hərbçinin meyitini Ermənistana qaytaranda, cəsədələr arasında Alisa Melkonyanın da meyiti olub.