Limon suyu və sarımsağın inanılmaz faydası – 25 gün isti, qaranlıq otaqda saxlayın…

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Rus həkimləri immunitet sistemini gücləndirən və orqanizmi müxtəlif xəstəliklərdən qoruyan təbii müalicə reseptini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, təzyiqi aşağı olan insanlar bu qarışımı içməməlidir. Narkotik istifadəçiləri də içməzdən əvvəl həkimə müraciət etməlidirlər.

Qarışımın hazırlanması üçün 2 litr təzə sıxılmış limon suyu, 40 diş soyulmuş sarımsaq və böyük, tünd rəngli banka lazımdır.

Bankaya 2 litr ( 8 stəkan) sıxılmış limon suyunu tökün. Orta ölçülü 40 diş sarımsağın qabığını soyun və əzin, daha sonra onu həmin bankaya əlavə edin və bu qarışığı 25 gün isti, qaranlıq otaqda saxlayın. Bankanı hər gün silkələməyi unutmayın. 25 gündən sonra sarımsağın limon suyunda həll olunduğunun şahidi olacaqsınız. Bu möcüzəli qarışımı hər səhər yeməkdən yarım saat əvvəl yarım stəkan içə bilərsiniz.

Qarışımın faydası

– Ürək-damar xəstəliklərinə xeyirli olan limon-sarımsaq dərmanı damar tıxanıqlığını açır, damar iltihablarını sağaldır.

– Pis xolesterolu azaldır və hipertoniyanın qarşısını alır.

– Beyin hüceyrələrini yeniləyir və insult riskini azaldır.

– Zərərli yağları yandıraraq arıqlamağa kömək edir.

– Bədəndəki şəkər nisbətini tarazlaşdırır və mədəaltı vəzi yeniləyir.

– Sidikqovucudur

– Mədə xorasının sağalmasına kömək edir.

– İmmunitet sistemini gücləndirir və allergiyanı sağaldır.

– Revmatik ağrıları aradan qaldırır.

– Böyrək və öd daşlarını əridir.

– Bədəni cavanlaşdırır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt