Ağdamda mina partlayışı zamanı 3 nəfər xəsarət aldı – YENİLƏNDİ

XƏBƏR XƏTTİ
İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havası“17 ildir günahsız yerə həbsdə yatıram” – 70 yaşlı ömürlük məhkumÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havası“17 ildir günahsız yerə həbsdə yatıram” – 70 yaşlı ömürlük məhkumÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEO

Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərər çəkib.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən hadisə zamanı həmçinin 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı həmçinin Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

xxx

18:29

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt