Polis Sabirabadda bu 16yaşlı qızın toyunu təxirə saldı – 2 il sonra keçiriləcək

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Sabirabadda 16 yaşlı qızın toyu olub.

Məcra.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 2006-cı il təvəllüdlü Orucova Günəş Rauf qızına Şirvan şəhərindəki şadlıq saraylarından birində toy mərasimi keçirildiyi bildirilir. Onun Şirvan sakini, 1996-cı il Cəfərov Təbriz Abuzər oğlu ilə toyunun keçirildiyi iddia olunsa da, yeniyetmənin atası qızına nişan mərasiminin keçirildiyini bildirib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt