Sülh prosesi ilə bağlı optimist fikirlər var – Prezident

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Bizdə sülh prosesi ilə bağlı müəyyən optimist fikirlər var. Çünki bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı müzakirələr aparıldı. Ümid edirik ki, bu proses uzun sürməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, biz 28 il davam edən Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, Ermənistanın razılaşmadığı məsələlərdə adətən istifadə etdiyi taktikaya yaxşı bələdik. Əgər bu, yenə davam edərsə, biz sülh əldə edə bilməyəcəyik. Əgər Ermənistanın seçimi belə olacaqsa, onlar növbəti ciddi səhv addım atmış olacaqlar.

“Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və buna görə cavab verməli oldular”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt