Vətən müharibəsi, oktyabrın 4-ü: Cəbrayıl şəhəri və doqquz kənd işğaldan azad edilib – SİYAHI + FOTO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

44 günlük Vətən müharibəsinin gedişatında, oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində bir sıra uğurlar qazanıb.

Oxu.Az xatırladır ki, müzəffər Azərbaycan Ordusu həmin gün rayonun Cəbrayıl şəhərini işğaldan azad edib.

Eyni gündə Cəbrayıl rayonunun doqquz kəndi də Ermənistan işğalçılarından təmizlənib.

Həmin kəndlər bunlardır: Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu.

Bildirək ki, adıçəkilən ərazilərin azad edilməsi xəbərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində elan etmişdi.

Prezident qələbə sevincini “tweet” ataraq da xalqla bölüşmüşdü.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt