“Ermənilərin bu vandallığını bütün dünyaya təqdim etmək lazımdır…”

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

“Bu görüntüləri dünyaya yaymaq lazımdır. Bütün Azərbaycan mediası bunu müxtəlif dillərdə dünyaya yaymalıdırlar ki, görsünlər ermənilər bizim başımıza hansı oyunu açırlar. Biz hələ ki, sakit oturmuşuq, onların dediklərini danışmırıq, demirik”

 

Bunu Məcra.az-a açıqlamasında  Əməkdar artist, sənətşunaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə erməni hərbçilərinin şəhidlərimizin meyiti üzərində işgəncə törətməsiylə bağlı yayılan görüntülər haqda danışarkən deyib. Q.Əlilicanzadə həmin görüntülərin bütün dünyaya nümayiş etdirilməsinin vacibliyini vurğulayıb:

 

“Onlara bir qapaz vuranda bütün dünyaya car çəkirlər ki, azərbaycanlılar bizi öldürürlər. Biz isə şəhidimizin meyiti üzərində işgəncə edən, alçaq işlərlə məşğul olan erməni dığalarının hərəkətindən heç yerdə danışmırıq. Bilmirəm, bəlkə də deyirlər, amma mən çox istəyirəm ki, şəhidlərimizin meyiti üzərində işgəncə edən ermənilərin bu vandallığı bütün dünyaya yayılsın. Bu haqsızlıqdır. Bilmirəm, bu görüntüləri mətbuatda yayımlaya bilərik, yoxsa yox. Amma qoy bütün xalq bilsin ki, ermənilər kimdir. Onların bu vandallığını dünyaya təqdim etmək lazımdır. Bu cür vəhşilikdən sonra biz ermənilərlə necə dost ola bilərik?!”.

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt