Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
“Kriminalqafqaz” APA-ya istinadən xəbər verir ki, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir. Onların hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
***
Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub.
“Kriminalqafqaz” xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAXE Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur.
Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 Sentyabr 2022 -ci il düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər.
Onlar Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun 146-cı km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və nəticədə iki nəfər ölüb.