Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO

XƏBƏR XƏTTİ
Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•Aktyor Aslan Fətullayev Moskvada vəfat etdi – VİDEO•Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•Aktyor Aslan Fətullayev Moskvada vəfat etdi – VİDEO•Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq•

Xırdalan şəhərinin mərkəzində tikinti şirkəti hasar çəkmək üçün səkiyə dəmir dirəklər basdırıb. Hadisə Nizami küçəsində yerləşən 11 saylı məktəbin arxasında baş verib.

Mecra.az Baku TV-yə istinadən xəbər verir ki, nəticədə piyadaların səkidə hərəkəti məhdudlaşıb və sakinlər avtomobil yolu ilə getməyə məcbur qalıblar.

Ərazidə əvvəllər köhnə tikililər olub. Həmin tikililər sökülsə də, onların yerində bina, yoxsa fərdi yaşayış evi inşa ediləcəyi hələlik məlum deyil.

Sakinlərin sözlərinə görə, işlər zamanı elektrik kabeli də zədələnib və yaxınlıqdakı evlər işıqsız qalıb.

“Bura səkidir. Gətirib dirəyi burada basdırıblar. Bax, indi hamı işıqsız qalıb. Kabeli partladıblar. Axı biz haradan gedib-gələk? Deyin, onda bizə təyyarə alsınlar, elə gedək”, – deyə sakinlərdən biri bildirib.

Sakinlər qeyd ediblər ki, yol onların təşəbbüsü ilə salınıb, sonradan isə dövlət tərəfindən asfaltlanıb. Onların sözlərinə görə, yağışlı havalarda ərazidə yaranan sel uşaqların hərəkətini çətinləşdirir. Səkinin bağlanması isə vəziyyəti daha da ağırlaşdıra bilər.

Jurnalistlərin çəkilişindən sonra tikinti şirkətinin nümayəndələri əraziyə gələrək səkiyə basdırılmış dirəkləri çıxarmağa başlayıblar. Məsələ ilə bağlı yerli icra hakimiyyətinə məlumat verildikdən sonra qurumun nümayəndələri də əraziyə gəliblər.

Sakinlərin fikrincə, aidiyyəti qurumlar müdaxilə etməsəydi, ərazi tamamilə hasarlana bilərdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt