Məşhur ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Azərbaycana səfər etməsi münasibətilə şeir yazıb.
Mecra.az həmin şeiri təqdim edir:
XOŞ GƏLDİN
Türkiyə Cümhurbaşkanı sayın Ərdoğan cənablarının Bakıya gəldiyi, dostların sevindiyi, düşmənlərin xar olduğu ikiqat zəfər günümüzə – 2026 -cı il 8 noyabrına!
Qədəm basıb dost elindən,
Dədəm, xoş gəldin, xoş gəldin!
Nə gözəldir səndəki bu
qədəm, xoş gəldin,
xoş gəldin!
Alp ərənlərin başısan,
Axınçılar yoldaşısan!
İlhamımın qardaşısan
madəm, xoş gəldin,
xoş gəldin!
Sayınlardan sayın Hocam,
Əlin öpəm, boyun qucam!
Gəlişinə bilsən necə
şadam, xoş gəldin,
xoş gəldin!
İlk gündən ana beşiyim,
Zor gündə sənsən keşiyim!
Gəl, sevinsin ev-eşiyim,
odam, xoş gəldin,
xoş gəldin!
Yürü, Turan ellim, yürü,
Nur olub dünyanı bürü!
Damarımda qanım, nuri-
didəm, xoş gəldin,
xoş gəldin!
Zülmətlərdə şimşəksən ya,
Haqq uğruna gərəksən ya!
Göydən enən mələksən, ya
adam, xoş gəldin,
xoş gəldin!
Əski çağdan gələn səsim,
Tanrıdağdan gələn səsim,
Qarabağdan gələn səsim-
sədam, xoş gəldin,
xoş gəldin!
Ey qutsal ruh, sən kimsən, kim?
Andı əzəl, sözü hakim!
Məhəmməd, İsa, İbrahim,
Adəm, xoş gəldin,
xoş gəldin!
Gəldin – gül açdı üzümdə,
Güldü dağım da, düzüm də!
Dilimdə sözüm, , sözümdə
nidam, xoş gəldin,
xoş gəldin!
