Bu rayonlara istirahətə gedənlərə PİS XƏBƏR

XƏBƏR XƏTTİ
Bu rayonlara istirahətə gedənlərə PİS XƏBƏR•Bakıda məşhur xəstəxana bağlanır•Xankəndi stadionunda keçiriləcək ilk oyunun – Vaxtı açıqlandı•Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş… – VİDEO•“Türkiyə-Azərbaycan birliyi əbədidir!” – VİDEO•Məktəblərdə 7 gün dərs olmayacaq- TARİXLƏR•Röya Ayxanın adından dələduzluq – FOTO•XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım•Bu rayonlara istirahətə gedənlərə PİS XƏBƏR•Bakıda məşhur xəstəxana bağlanır•Xankəndi stadionunda keçiriləcək ilk oyunun – Vaxtı açıqlandı•Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş… – VİDEO•“Türkiyə-Azərbaycan birliyi əbədidir!” – VİDEO•Məktəblərdə 7 gün dərs olmayacaq- TARİXLƏR•Röya Ayxanın adından dələduzluq – FOTO•XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım•

Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb.

Mecra.az xəbər verir ki, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün hündürlüyü 27 santimetrə, Xınalıqda isə 25 santimetrə çatıb.

Səhər saatlarında Quba-Xınalıq avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib.

Tətil günləri ilə əlaqədar Xınalığa üz tutan turistlərin bir qismi isə yol şəraitinin təhlükəli olması səbəbindən səfərlərini yarımçıq qoyaraq geri qayıtmalı olublar.

Yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikası əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində yolda hərəkət bərpa edilib.

Hazırda Quba-Xınalıq avtomobil yolu açıqdır. Bununla belə, sürücülərə zərurət olmadıqca həmin istiqamətdə hərəkət etməmək, səfərə çıxanlara isə yol və hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaq tövsiyə edilir. (nocomment.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt