Röya Ayxanın adından dələduzluq – FOTO

XƏBƏR XƏTTİ
Məktəblərdə 7 gün dərs olmayacaq- TARİXLƏR•Röya Ayxanın adından dələduzluq – FOTO•XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım•Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•Məktəblərdə 7 gün dərs olmayacaq- TARİXLƏR•Röya Ayxanın adından dələduzluq – FOTO•XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım•Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür•44 günlük müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür – VİDEO•Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı – VİDEO•Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər•Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi•

Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı saxta elanlar yayılıb.

Mecra.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan afişalarda müğənninin 2027-ci il yanvarın 30-da Amsterdamdakı “De Koning Saal”da səhnəyə çıxacağı qeyd olunub.

Elanlarda sənətçinin fotolarından istifadə edilib, bilet almaq istəyənlər üçün əlaqə nömrələri də göstərilib.

Yayılan məlumatlarla bağlı Röya Ayxan özü açıqlama verərək həmin tarixdə və məkanda konsertinin nəzərdə tutulmadığını bildirib. O, afişaların rəsmi komandası tərəfindən hazırlanmadığını vurğulayıb.

Xalq artisti izləyicilərinə saxta elanlara aldanmamaq, həmin nömrələr vasitəsilə bilet sifariş etməmək və ödəniş etməmək barədə xəbərdarlıq edib. Müğənni konsertləri ilə bağlı doğru məlumatların yalnız rəsmi sosial media hesablarında paylaşılacağını diqqətə çatdırıb. (Oxu.Az).

Röya Ayxanın adından dələduzluq - Foto

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt