Məşhur rejissor özünü təsadüfən güllələdi

XƏBƏR XƏTTİ
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama•Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama•Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir•

İki dəfə “Emmi” mükafatı laureatı olan 83 yaşlı amerikalı rejissor Maykl Mann özünü təsadüfən ayağından güllələyib.

Mecra.az xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Hadisə Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. Məlumata görə, uzun illərdir atıcılıqla məşğul olan rejissor məşq üçün silahı özü yığmağa çalışarkən qəfil atəş açılıb.

Mann yerli xəstəxanaya çatdırılıb. Onun yarasının dərialtı olduğu və ciddi xəsarət almadığı bildirilir. Polis hadisəni təsdiqləyərək kişinin özünə xəsarət yetirmək niyyətində olmadığını, güllə yarasının bədbəxt hadisə nəticəsində yarandığını açıqlayıb.

Qeyd edək ki, Maykl Mann “İnsan ovçusu”, “Sonuncu mogikan” və “Döyüş” filmləri, eləcə də “Mayami polisi” serialı ilə tanınır. O, “The Jericho Miles” və “Narkotik müharibələri: Kamarena işi” mini-seriallarına görə “Emmi” mükafatına layiq görülüb. Rejissor, həmçinin “Öz adamı” filminə görə rejissor, “Aviator” filminə görə isə prodüser kimi iki dəfə “Oskar”a namizəd olub. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt