Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

XƏBƏR XƏTTİ
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edildi-VİDEO•Noyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?•Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ•Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı – VİDEO•Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir•Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı – FOTO•Bakıda keçmiş ət kombinatında yanğın – VİDEO•Sabirabad sakinləri Salyanda qəzaya düşdü: iki nəfər öldü•Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edildi-VİDEO•Noyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?•Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ•Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı – VİDEO•Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir•Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı – FOTO•Bakıda keçmiş ət kombinatında yanğın – VİDEO•Sabirabad sakinləri Salyanda qəzaya düşdü: iki nəfər öldü•

2020-ci il noyabrın 1-i – bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü.

Oxu.Az xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir.

Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqda davam edir. Tərtər şəhərini və rayonun Şıxarx qəsəbəsini, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutur.

Azğın düşmənin cavabı ön cəbhədə verilir. Ermənistan silahlı qüvvələrinin “022” saylı xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilir. Hərbi hissənin şəxsi heyətinin 70 faizi ölənlər və yaralılar olmaqla zərərsizləşdirilir. Zəngilan rayonunun sərhəd ərazisində Ermənistan ordusuna məxsus iki ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilir, silah-sursatı qənimət götürülür. Həmçinin, bu ərazidəki mövqelərimizi atəşə tutan düşmənin iki artilleriya batareyası, bir piyada döyüş maşını, səkkiz müxtəlif tipli top, iki rabitə qülləsi, ikisi sursatla dolu olmaqla, yeddi avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilir.

Beləliklə, müharibənin 36-cı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt