Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

XƏBƏR XƏTTİ
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edildi-VİDEO•Noyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?•Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ•Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı – VİDEO•Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir•Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı – FOTO•Bakıda keçmiş ət kombinatında yanğın – VİDEO•Sabirabad sakinləri Salyanda qəzaya düşdü: iki nəfər öldü•Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edildi-VİDEO•Noyabr ayında bürcləri NƏLƏR GÖZLƏYİR?•Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az 14 yaşını qeyd edir: Qarşıdakı hədəflər nələrdir? – Direktorla MÜSAHİBƏ•Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı – VİDEO•Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir•Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı – FOTO•Bakıda keçmiş ət kombinatında yanğın – VİDEO•Sabirabad sakinləri Salyanda qəzaya düşdü: iki nəfər öldü•

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir.

Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdirə bilər. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək və söyləmədiyi sözləri onun adından səsləndirmək də mümkündür. Buna görə belə materiallara münasibət bildirərkən və onları paylaşarkən mənbəni yoxlamaq vacibdir.

Mecra.az Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını oxucuların diqqətinə çatdırır:

– X (Twitter): “twitter.com/azpresident” (https://twitter.com/azpresident)

– Instagram: “instagram.com/presidentaz” (https://www.instagram.com/presidentaz/)

– Facebook: “facebook.com/PresidentIlhamAliyev” (https://www.facebook.com/PresidentIlhamAliyev)

– Youtube: “youtube.com/@presidentaz” (https://www.youtube.com/@presidentaz)

Bu hesabların hər birinə keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində – “president.az” (https://president.az/) saytında yerləşdirilib. Həmin sayta daxil olaraq rəsmi hesablara birbaşa keçmək mümkündür.

Hesabın Prezidentin adını daşıması, profilində onun şəklinin olması və çoxsaylı izləyici toplaması oradakı paylaşımların etibarlılığını təsdiqləmir.

Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Xüsusilə vurğulayırıq ki, Prezident İlham Əliyevin “TikTok” platformasında rəsmi hesabı yoxdur.

Paylaşmazdan əvvəl yoxlayın. Rəsmi mənbəyə istinad edin. (Oxu.Az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt