Bu gün Vətən müharibəsi şəhidi, mayor Nazim Hüseynovun doğum günüdür+VİDEO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•
Məcra.az xəbər verir ki, Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1995-ci ildə Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbini bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb və Gəncədə N saylı hərbi hissədə xidmətə başlayıb. Manqa komandiri olan Nazim, xidmətini başa vurmağa 10 gün qalmış Pakistan İslam Ali Hərbi Məktəbində təhsil almaq üçün Pakistana göndərilib. Akademiyanı ingilis dilində bitirib. 2000-ci ildə leytenant rütbəsi alaraq vətənə qayıdıb. 2016-cı il Şanlı aprel döyüşlərində iştirak edib və xüsusi qəhrəmanlıq göstərib. 2018-ci ildə ehtiyata buraxılarkən tabor komandirinin müavini olub.
Vətən müharibəsi zamanı döyüşlərə qatılıb və Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman zabitimiz oktyabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Doğulduğu Bəhrəmtəpə qəsəbəsində böyük izdihamla dəfn edilib. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Daha ətraflı təqdim etdiyimiz süjetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt