Sabahın havası açıqlandı

XƏBƏR XƏTTİ
100 əcnəbi tələbə Azərbaycanda təhsil qrantına layiq görülüb•Bu tələbələrə Prezident təqaüdü veriləcək – Siyahı•Məktəb direktorunun maşını yandırıldı – FOTOLAR•Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı•Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı – FOTO•Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO•Prezidentlə xanımının adından rəsmi nahar verildi – Video – Fotolar•Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyir•100 əcnəbi tələbə Azərbaycanda təhsil qrantına layiq görülüb•Bu tələbələrə Prezident təqaüdü veriləcək – Siyahı•Məktəb direktorunun maşını yandırıldı – FOTOLAR•Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı•Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı – FOTO•Əli Bağışın “Dörd tabut” hekayəsi 13 dildə çap olundu – FOTO•Prezidentlə xanımının adından rəsmi nahar verildi – Video – Fotolar•Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyir•

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt