“Son illərdə sosial mediada qadınlara qarşı mühakimə xeyli artıb”

XƏBƏR XƏTTİ
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? – VİDEO•Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub•“Son illərdə sosial mediada qadınlara qarşı mühakimə xeyli artıb”•Azərbaycanda ən yüksək maaşı kimlər alır? – FOTO•Kamboca Baş naziri rəsmi qarşılandı – FOTOLAR•Masazırdakı motosiklet qəzasında ölənlərin kimliyi bilindi – FOTO•Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO•Biləsuvarda toyda qohumlar dalaşdı, xəsarət alan var•Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? – VİDEO•Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub•“Son illərdə sosial mediada qadınlara qarşı mühakimə xeyli artıb”•Azərbaycanda ən yüksək maaşı kimlər alır? – FOTO•Kamboca Baş naziri rəsmi qarşılandı – FOTOLAR•Masazırdakı motosiklet qəzasında ölənlərin kimliyi bilindi – FOTO•Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO•Biləsuvarda toyda qohumlar dalaşdı, xəsarət alan var•

“Necə gündür qızğın mübahisələri izləyir, şərhləri oxuyuram. Əlbətdəki, şəxslərin inancına hörmət insanın özünə verdiyi hörmət qədər əhəmiyyəlidir. Lakin, nədən qadın və qızların baş örtüyünə üstünlük verməsi ilə bağlı hansasa tədqiqatlar bu günə qədər aparılmayıb. Halbuki, belə məsələlər ilkin başlanğıncdan diqqət mərkəzində olmalı və araşdırılmalıydı. Təbii ki, səbəblər müxtəlifdir. Azərbaycanda baş örtüyünə meyilliliyik yalnız dini inancların güclənməsi ilə izah etmək elmi baxımdan kifayət deyil”.

Mecra.az xəbər verir ki, bunu “Təmir Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O, bildirib ki, bu meyillilik tarixi-mədəni yaddaş, dini identiklik, sosial mənsubiyyət, ailə tərbiyəsi, psixoloji təhlükəsizlik ehtiyacı kimi amillərin qarşılıqlı əlaqəsi kimi təhlil edilməlidir:

“Sosial psixoloji baxımdan baş örtüyü bəzi qadınlar üçün mənəvi dəyərlərə bağlılığın, fərdi kimliyin və özünüifadənin simvolu, digərləri üçün isə ailə və sosial mühitin gözləntilərinə uyğunlaşma vasitəsi ola bilər. Əsas məsələ baş örtüyünün özündən daha çox onun hansı amil və səbəb əsasında seçilməsidir. Şüurlu dini seçimlə sosial təzyiq nəticəsində formalaşan davranış eyni psixoloji və sosioloji məna daşımır. Son illərdə sosial mediada qadınlara qarşı mühakimə xeyli artıb. Geyimə, davranışa, namus və əxlaq mövzularına görə qızların ictimai qınağa çəkilməsi, şərh bölmələrində təhqirlər… Belə mühitdə baş örtüyü bəzi qadınlar üçün bir növ sosial qalxana çevrilir. Onu geyinən qadınlar ləkələnmək riskindən qorunur, ailənin və ətrafın etimadını qazanır, küçədə və iş yerində daha az narahatlıq gözləyir. Evlilik məsələsində də bəzən daha etibarlı gəlin obrazı ilə əlaqələndirilir. Bu halda seçim tam dini motivdən yox, təzyiq və qorxudan qaynaqlanır. Qadının üzərinə məsuliyyət qoyulur, problem təcavüzkarda və ya mühakimə edəndə yox, qadının görünüşündə axtarılır”.

Ekspertin fikrincə, bu yanaşma həm hicabı, həm də qadın azadlığını alətə çevirir:

“Amma tarazlıq üçün iki məqam da var. Birincisi, hicab geyinən hər qadını təzyiq qurbanı kimi görmək də ədalətsiz olar. Çoxları bunu şüurlu və sərbəst şəkildə, öz inancı ilə seçir. İkincisi, hicablı qadınlar da əks tərəfdən mənfi münasibətlə qarşılaşır. İşə qəbulda ayrı-seçkilik, geridəqalmış damğası və s. Yəni təzyiq hər iki istiqamətdə mövcuddur və ümumi problem qadının geyiminin başqaları tərəfindən mühakimə olunmasıdır”.

Raqil Quliyev

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt