Kamboca Baş naziri rəsmi qarşılandı – FOTOLAR

XƏBƏR XƏTTİ
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? – VİDEO•Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub•“Son illərdə sosial mediada qadınlara qarşı mühakimə xeyli artıb”•Azərbaycanda ən yüksək maaşı kimlər alır? – FOTO•Kamboca Baş naziri rəsmi qarşılandı – FOTOLAR•Masazırdakı motosiklet qəzasında ölənlərin kimliyi bilindi – FOTO•Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO•Biləsuvarda toyda qohumlar dalaşdı, xəsarət alan var•Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? – VİDEO•Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub•“Son illərdə sosial mediada qadınlara qarşı mühakimə xeyli artıb”•Azərbaycanda ən yüksək maaşı kimlər alır? – FOTO•Kamboca Baş naziri rəsmi qarşılandı – FOTOLAR•Masazırdakı motosiklet qəzasında ölənlərin kimliyi bilindi – FOTO•Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO•Biləsuvarda toyda qohumlar dalaşdı, xəsarət alan var•

Bu gün Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

Mecra.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.

Kamboca Krallığının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.








Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt