Ayaz Vəfalı vəfat etdi

XƏBƏR XƏTTİ
Ayaz Vəfalı vəfat etdi•Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür•Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – FOTO•“Cəlilabad” futbol klubunun gənc oyunçusu vəfat ETDİ•“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı•ƏLİRZA HƏSRƏTİN YENİ – “ŞƏFQƏT İLAHƏSİ” KİTABI GÜN ÜZÜ GÖRÜB•Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür•Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu – VİDEO•Ayaz Vəfalı vəfat etdi•Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür•Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – FOTO•“Cəlilabad” futbol klubunun gənc oyunçusu vəfat ETDİ•“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı•ƏLİRZA HƏSRƏTİN YENİ – “ŞƏFQƏT İLAHƏSİ” KİTABI GÜN ÜZÜ GÖRÜB•Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür•Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu – VİDEO•

Görkəmli şair, tərcüməçi, uzun müddət “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib.

Mecra.az xəbər verir ki, bu haqda kulturoloq Aydın Xan məlumat yayıb.

Ayaz Rza oğlu Cəfərov 1937-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Əməkdar incəsənət xadimi olub.

O, müxtəlif illərdə işıq üzü görən “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik”, “Özü oda yana-yana” şeirlər kitabının, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi” elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin “Leyli və Məcnun”, Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun “Kor qadın” poemalarını, rus yazıçısı A. Çakovskinin “Qələbə” siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət “Atalar sözü-ağlın gözü” kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə edib.“Yeni Sabah”

“Məhəmməd Füzuli” Beynəlxalq Ədəbi Əlaqələr Fondunun sədri, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və məclisinin üzvü olub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt