Strateji tərəfdaşlığın üfüqləri

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bu Sammitin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi potensialından danışan Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacağına əminliyini ifadə edib.

Azərbaycan və Türkmənistan arasındakı münasibətlər son illərdə keyfiyyətcə yeni müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ortaq tarixi köklər, mədəni-dil bağı və coğrafi yaxınlıq üzərində qurulan bu əlaqələr bu gün Avrasiya qitəsinin enerji təhlükəsizliyində, nəqliyyat-logistika xəritəsinin yenidən formalaşmasında və regional sabitlikdə həlledici rol oynayır.

Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.

Möhtərəm  Prezidentimiz  vurğulayıb ki, son illərdə Azərbaycanla türk dövlətləri arasında əlaqələrin genişləndiyinin, birgə layihələrin həyata keçirildiyinin və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi oluruq:

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vardır

Ərzuman  Məmmədov, 

YAP Cəlilabad RT, Cəngan ƏPT sədri

                                                                                      

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt