Temperaturda tarixi rekord – Dünya həmin həddi keçdi

XƏBƏR XƏTTİ
Qazaxda partlayış oldu – Xəsarət alanlar var – VİDEO•Temperaturda tarixi rekord – Dünya həmin həddi keçdi•Bakının bu ərazisində evlər söküləcək – Kompensasiya məbləği bilindi – VİDEO•Vatsapda birdəfəlik mesaj yazmaq da mümkün olacaq•Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Qazaxda partlayış oldu – Xəsarət alanlar var – VİDEO•Temperaturda tarixi rekord – Dünya həmin həddi keçdi•Bakının bu ərazisində evlər söküləcək – Kompensasiya məbləği bilindi – VİDEO•Vatsapda birdəfəlik mesaj yazmaq da mümkün olacaq•Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•

Dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər.

Mecra.az xəbər verir ki, “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, qlobal səth temperaturu bazar ertəsi rekord həddə çataraq sənayeləşmədən əvvəlki səviyyəni 2,24 dərəcə üstələyib.

Yüksək temperaturun daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Bununla belə, alimlər bildirirlər ki, gündəlik temperaturun 2 dərəcəni keçməsi Paris İqlim Sazişində nəzərdə tutulan uzunmüddətli temperatur həddinin aşıldığı anlamına gəlmir.

İstiləşmənin əsas səbəbləri arasında qazıntı yanacaqlarının istifadəsi və güclü “El Nino” hadisəsi göstərilir. Temperatur artımı İndoneziya və Amazon meşələrində quraqlıq və yanğın riskini də artırır.

Mütəxəssislərin hesablamalarına görə, bu ilin yayında Avropa İttifaqında rekord istilərlə əlaqəli olaraq 50 mindən çox, Böyük Britaniyada isə təxminən 5 min ölüm qeydə alınıb.

Alimlər hökumətləri əhalini ekstremal istilərə hazırlamağa və istixana qazı tullantılarını azaltmaq üçün tədbirləri sürətləndirməyə çağırırlar. (Qafqazinfo)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt