Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı

XƏBƏR XƏTTİ
İlham Əliyev Vladimir Putinə zəng etdi•Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı•Altı rayon niyə hələ də susuz qalıb?•Bakıda ağır qəza – 3 ölü, 2 yaralı•Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO•Pensiyalar bu tarixdə ödəniləcək•Sabah hava necə keçəcək? – Proqnoz•Ov mövsümü başlayır•İlham Əliyev Vladimir Putinə zəng etdi•Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı•Altı rayon niyə hələ də susuz qalıb?•Bakıda ağır qəza – 3 ölü, 2 yaralı•Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO•Pensiyalar bu tarixdə ödəniləcək•Sabah hava necə keçəcək? – Proqnoz•Ov mövsümü başlayır•

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə müəssisənin müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Mecra.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt