Altı rayon niyə hələ də susuz qalıb?

XƏBƏR XƏTTİ
İlham Əliyev Vladimir Putinə zəng etdi•Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı•Altı rayon niyə hələ də susuz qalıb?•Bakıda ağır qəza – 3 ölü, 2 yaralı•Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO•Pensiyalar bu tarixdə ödəniləcək•Sabah hava necə keçəcək? – Proqnoz•Ov mövsümü başlayır•İlham Əliyev Vladimir Putinə zəng etdi•Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı•Altı rayon niyə hələ də susuz qalıb?•Bakıda ağır qəza – 3 ölü, 2 yaralı•Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO•Pensiyalar bu tarixdə ödəniləcək•Sabah hava necə keçəcək? – Proqnoz•Ov mövsümü başlayır•

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib.

Suyun verilişinin isə oktyabrın 7-də səhər saatlarında bərpa olunacağı bildirilmişdi. Lakin buna baxmayaraq, suyun verilişi hələ də bərpa edilməyib.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə kütləvi şəkildə vətəndaş müraciətləri daxil olub.

Sakinlərin sözlərinə görə artıq iki gündür içməli su ilə təmin edilməyiblər.

Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb:

“Hazırda təmir işləri yekunlaşıb, şəbəkə üzərində qaynaq işləri başa çatdırılıb və xəttin su ilə doldurulması prosesi həyata keçirilir. Gün ərzində suyun ünvanlar üzrə mərhələli şəkildə əvvəlki rejimlə verilməsi təmin ediləcək”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt