Gəncədə məktəbdə 5 şagird zəhərləndi – 9 yaşları var

XƏBƏR XƏTTİ
“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Prezident radio və televiziya işçilərini təbrik etdi•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.

İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər – S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.

Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən açıqlamaya görə, bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib: “Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt