İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var

XƏBƏR XƏTTİ
Ronaldo niyə millini tərk etdi? – “Vaxtı gələndə izah edəcəyəm”•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Azərbaycanda toyda kütləvi zəhərlənmə•İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var•“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi…” – ŞOK•Minlərlə sərnişini daşıyan “manatlıq taksi”lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO•Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək•Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı•Ronaldo niyə millini tərk etdi? – “Vaxtı gələndə izah edəcəyəm”•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•Azərbaycanda toyda kütləvi zəhərlənmə•İşğaldan azad edilmiş ərazilərdə işləmək istəyənlərə şad xəbər: Vakansiyalar var•“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi…” – ŞOK•Minlərlə sərnişini daşıyan “manatlıq taksi”lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO•Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək•Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı•

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.

Mecra.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.

Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçdiyi vakant vəzifəyə təyin olunacaq.

Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi xahiş olunur.

Qeydiyyatın son tarixi:

5 oktyabr 2026-cı il, saat 10:00

Qeydiyyat linki

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt