Cəlilabadda 10 nəfər salatdan zəhərləndi – Yenilənib

XƏBƏR XƏTTİ
Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•Daha bir vəkil həbs edildi•AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi•“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat – Uçuş aparatı zərərsizləşdirildi – VİDEO•Bakıda külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü•Məktəblərdə payız tətili başladı•“Başı ağrıyırmış, hamama gedib…” – Yataqxanada tələbənin ölümünün təfərrüatı – Foto/Video•Güclü külək Xırdalanda beş avtomobilə ziyan vurdu – VİDEO•Prezidentin 1 həftəsi… – VİDEO•

Cəlilabad rayonunda zəhərlənmə olub.

Mecra.az xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.

Belə ki, Biləsuvar rayonunda əsgər yola salma qonaqlığında iştirak edən ailə evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt