Ruslar səfərbərlikdən yayınmaq üçün fantastik qiymətə şəxsi təyyarə kirayələyirlər

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ölkədə qismən səfərbərlik elan etməsi rus xalqında panika və narahatlığa səbəb olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bundan sonra Rusiya vətəndaşları viza tələb etməyən Türkiyə, Azərbaycan və Ermənistana qaçmaq üçün həm hava limanı, həm də şəxsi avtomobiləri ilə sərhədlərə axın ediblər. Çox bahalı təyyarə biletlərinə belə pul xərcləyən hərbi xidmətə yararlı ruslar bu cür biletlər tapa bilmədikdə daha çox xərcləməkdən çəkinmirlər.

Belə ki, Rusiya vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün şəxsi təyyarə kirayə etdikləri ortaya çıxıb. Bunun üçün 27 min dollar pul verən ruslar kirayə etdikləri təyyarələr ilə yuxarıda qeyd edilən 3 ölkəyə qaçırlar.

Şəxsi təyyarə kirayə verən şirkətlər onlara tələblərin son günlərdə artdığını bildiriblər. Belə təyyarələrdə bir oturacağın qiyməti 21 min 500 dollarla 27 min dollar arası dəyişir.

“Gün ərzində normalda 50 tələb gəlirdi, lakin indi bir gündə 5 min insan bizə müraciət edir. İndi baş verənlər tam bir dəlilikdir”, – deyə “Your Charter” şirkətinin direktoru Yevgenıy Bikov bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt