Gözləriniz yaşınızı ələ verir

XƏBƏR XƏTTİ
Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•Aktyor Aslan Fətullayev Moskvada vəfat etdi – VİDEO•Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq•Dekabrda neçə gün iş olmayacaq?•“Xoş gəldin” – Əsəd Cahangirin Ərdoğana yazdığı şeir•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•Aktyor Aslan Fətullayev Moskvada vəfat etdi – VİDEO•Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq•Dekabrda neçə gün iş olmayacaq?•“Xoş gəldin” – Əsəd Cahangirin Ərdoğana yazdığı şeir•

Cənubi Koreyanın Seul Milli Universitetinin alimləri retina görüntülərindən insanın bioloji yaşlanma sürətini qiymətləndirə bilən süni intellekt modeli hazırlayıblar.

Mecra.az xəbər verir ki, araşdırmada 7535 nəfərdən alınan 29530 retina görüntüsündən istifadə edilib.

Model insanların xronoloji yaşını orta hesabla 2,5-2,7 illik xəta payı ilə təxmin edib.

Tədqiqatçılar eyni yaşda olan insanların bioloji olaraq eyni sürətlə qocalmadığını, bu fərqə genetika, ətraf mühit və həyat tərzinin təsir edə biləcəyini bildiriblər.

Araşdırmada daha yüksək “retina yaş fərqi”nin diabet, siqaret istifadəsi, makula degenerasiyası və kataraktla əlaqəli olduğu da müəyyənləşdirilib. Bununla belə, alimlər bu əlaqələrin səbəb-nəticə münasibəti olduğunu təsdiqləməyib.

Mütəxəssislərin fikrincə, texnologiya gələcəkdə bəzi sağlamlıq problemlərinin erkən aşkarlanmasına kömək edə bilər. Lakin sistemin fərdi sağlamlıq risklərini qiymətləndirə bilən etibarlı vasitəyə çevrilməsi üçün daha uzunmüddətli araşdırmalara ehtiyac var. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt