Proqramın uğurlu icrası

XƏBƏR XƏTTİ
Dağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıAzərbaycan iqtisadiyyatının mühüm sahəsiRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMADağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıAzərbaycan iqtisadiyyatının mühüm sahəsiRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMA

Möhtərəm Prezident cənab İlham Əliyevin dağ-mədən və metallurgiya sahəsi ilə bağlı verdiyi tapşırıqlar və qəbul etdiyi qərarlar göstərir ki, dağ-mədən sənayesinin inkişafına kompleks yanaşılır. Qarşıdakı dövrdə əsas məqsəd hasilatdan emala, emaldan isə son məhsul istehsalına keçidi təmin etmək, ölkənin sənaye potensialını daha da gücləndirməkdir. Sentyabrın 22-də keçirilən müşavirə bunu bir daha göstərdi. 

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur.

  20 il ərzində görülmüş işlər  infrastruktur layihələrin ugurla icra edilməsinə imkan verdi. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. 

Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq.

 

                                                                            Ələkbər Dövlətov,

Lənkəran Regional Qaz İstismar İdarəsinin idarə rəisinin müavini  

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt