Qəbul edilmiş proqramlar icra edilməlidir

XƏBƏR XƏTTİ
Dağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıAzərbaycan iqtisadiyyatının mühüm sahəsiRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMADağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıAzərbaycan iqtisadiyyatının mühüm sahəsiRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMA

Azərbaycan Respublikasının  cənab lham Əliyevin centyabrın 22-də keçirilmiş müşavirədəki çıxışında deyilir ki, son vaxtlar bir neçə Dövlət Proqramı qəbul olunmuşdur. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır.

 Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına – həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir.

 Qəbul edilmiş proqramlar qısamüddətlidir, 2030-cu ilin sonuna qədər icra edilməlidir. Düzdür, su proqramı daha böyük vaxt tələb edir. Amma dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir. Qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi.

 

                                                                            Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt