Təbii resurslardan daha yüksək əlavə dəyər yaratmalı

XƏBƏR XƏTTİ
Dağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıAzərbaycan iqtisadiyyatının mühüm sahəsiRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMADağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıAzərbaycan iqtisadiyyatının mühüm sahəsiRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMA

Azərbaycan ərazisi təbii sərvətlərlə zəngindir. Bu, təkcə neft və qaza aid deyil, digər qiymətli metallara da aiddir. Azərbaycanın bu və digər bölgələri böyük qiymətli yataqlara malikdir. İşğaldan azad olunan ərazilərdə də təbii sərvətlərin yataqları artıq kəşf edilib və onların istismarına başlanılır.

   Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.       

 Cənab Prezident keçirdiyi müşavirədə dağ-mədən sənayesinin inkişafına böyük diqqət yetirildiyini bir daha diqqətə çatdırdı, bu istiqamətdə böyük işlər görüldüyünü qeyd etmişdir. 

        Dövlətimizin başçısı öz çıxışında deyib ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl  aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaqdır

Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

       Ölkənin regionlarında böyük mineral ehtiyatlar mövcuddur. Bu baxımdan dövlət başçısının imzaladığı 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı sektorun inkişafını yeni mərhələyə yüksəldə bilər.

   Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri təbii resurslardan daha yüksək əlavə dəyər yaratmaqla istifadə etməkdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu baxımdan qeyri-neft sektorunun gələcək artım istiqamətlərindən birinə çevrilə bilər.

Adışirin Kazımov,

Məzahir Ağayev adına Üçtəpə kənd tam orta ümumtəhsil məktəbinin direktoru

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt