Özbəkistanda Azərbaycan dili öyrədiləcək

XƏBƏR XƏTTİ
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Qarabağda olması birliyimizi bir daha göstərir”•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•“Dünyada bizim qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”•Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər – Canlı•“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Qarabağda olması birliyimizi bir daha göstərir”•

Özbəkistanda Azərbaycan dilini öyrənmək istəyənlər üçün dil kursları təşkil olunacaq.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Qeyd olunub ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları yenidən başlayacaq.

Onun sözlərinə görə, kurslara sentyabrın 30-dan start veriləcək və iştirakçılardan ödəniş tələb olunmayacaq:

“Kurslarda iştirak etməklə siz peşəkar mütəxəssisin tədrisi əsasında Azərbaycan dilinin zəngin söz ehtiyatını, qrammatik quruluşunu və düzgün danışıq qaydalarını öyrənə, həmçinin gündəlik ünsiyyət bacarıqlarınızı inkişaf etdirə bilərsiniz”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt