Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•“Öz problemləri ilə məşğul olsunlar” – İranlı nazirə cavab•Şəhid anası 21 ildir mənzil növbəsindədir: “Öz evimdə yaşamaq istəyirəm” – VİDEO•Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal•Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı – 11 nəfər həbs edilib – Video•Kimlərin pensiyalarına əlavələr ediləcək?•Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•Prezident həmkarını təbrik etdi•“Öz problemləri ilə məşğul olsunlar” – İranlı nazirə cavab•Şəhid anası 21 ildir mənzil növbəsindədir: “Öz evimdə yaşamaq istəyirəm” – VİDEO•Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal•Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı – 11 nəfər həbs edilib – Video•Kimlərin pensiyalarına əlavələr ediləcək?•Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? – Şok fotolar•Deputatın oğlu həbs edildi – Yenilənib•

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.

Mecra.az xəbər verir ki, valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt