Xalq artisti vəfat etdi

XƏBƏR XƏTTİ
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları – Siyahı•Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı•Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi – Pərvanənin qatilinə hökm oxundu•TƏBİB-in yeni rəhbəri məlum oldu•PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli•İcra başçısı Məşədilər sakinləri ilə görüşdü – FOTOLAR•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ramiz Mehdiyevin müsadirə edilən əmlakları – Siyahı•Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı•Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi – Pərvanənin qatilinə hökm oxundu•TƏBİB-in yeni rəhbəri məlum oldu•PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli•İcra başçısı Məşədilər sakinləri ilə görüşdü – FOTOLAR•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Bu gün Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib.

Mecra.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edib.

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”, – paylaşımda deyilir.

Qeyd edək ki, 78 yaşlı A.Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alırdı.

Şarovski aktyor kimi həyat verdiyi Rezo (“Premyera”, L.Roseb), Eldar (“Qum üzərində ev”, R.İbrahimbəyov), Şeyx Sənan (“Şeyx Sənan”, H.Cavid), Fərhad (“Fərhad və Şirin”, S.Vurğun), Henrix (“Kral Lir”, V.Şekspir), Mehmandarov (“Neft bumu”, M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sənətkar eyni zamanda “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980) “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt