Prezident həmkarını təbrik etdi

XƏBƏR XƏTTİ
Kafedə ölümlə nəticələnən davanın yeni detalları – ŞOK ADLAR bilindi•Qətlə yetirilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış•Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törətdiyi deyilən oğlunun fotosu•Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası•“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur•Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu•Bu ərazilərə yağış yağıb – Faktiki hava•Tanınmış həkim vəfat etdi – FOTO•Kafedə ölümlə nəticələnən davanın yeni detalları – ŞOK ADLAR bilindi•Qətlə yetirilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış•Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törətdiyi deyilən oğlunun fotosu•Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası•“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur•Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu•Bu ərazilərə yağış yağıb – Faktiki hava•Tanınmış həkim vəfat etdi – FOTO•

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu ünvanlayıb.

Mecra.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Şimali Makedoniya dövlətlərarası əlaqələrinin və tərəfdaşlığının möhkəmlənməsi və ildən-ilə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Bu gün tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt