Qubadlının yeni inkişaf tarixi başlanıb

XƏBƏR XƏTTİ
Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?•Kafedə ölümlə nəticələnən davanın yeni detalları – ŞOK ADLAR bilindi•Qətlə yetirilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış•Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törətdiyi deyilən oğlunun fotosu•Bakıya leysan yağacaq – Sabahın havası•25 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası•“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur•Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?•Kafedə ölümlə nəticələnən davanın yeni detalları – ŞOK ADLAR bilindi•Qətlə yetirilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış•Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törətdiyi deyilən oğlunun fotosu•Bakıya leysan yağacaq – Sabahın havası•25 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası•“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur•

Şərqi Zəngəzurun füsunkar təbiətə və zəngin tarixi irsə malik incilərindən biri olan Qubadlı rayonu, zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra özünün tamamilə yeni, parlaq inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun müzəffər yürüşü nəticəsində işğaldan azad edilən Qubadlı şəhəri və rayonun kəndləri, bu gün sürətli bərpa, genişmiqyaslı quruculuq və müasir infrastrukturun qurulması məkanı kimi diqqəti cəlb edir. Qubadlı əməliyyatı Vətən müharibəsinin hərbi-strateji baxımdan enişli-yoxuşlu, lakin ən peşəkar döyüş tapşırıqlarından biri idi. Şəhərin və ətraf yüksəkliklərin azad olunması Şərqi Zəngəzurun digər ərazilərinə və Laçın istiqamətinə yolları açaraq böyük Qələbəni daha da yaxınlaşdırdı. Məhz buna görə də hər il 25 Oktyabr – Qubadlı Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. Qubadlının bərpası yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır; bu, həm də illərdir doğma yurd həsrəti ilə yaşayan əhalinin layiqli, təhlükəsiz və rahat şəraitdə öz baba ocaqlarına dönməsi deməkdir. Bu gün Qubadlı sürətlə dirçələrək, Şərqi Zəngəzur iqtisadi rayonunun ən mühüm inkişaf mərkəzlərindən birinə çevrilmək yolunda inamla irəliləyir. Qubadlının yeni inkişaf tarixi — Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və quruculuq salnaməsinin parlaq təcəssümüdür. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bütün bunların fonunda əminliklə demək olar ki, yenidənqurma və quruculuq işlərinin sürətlə davam etməsi sayəsində özünün çiçəklənmə dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycanın iqtisadi potensialını daha da artıracaq, ölkəmizin gücünə güc qatacaq. 

     25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinin unudulmaz səhifələrindən biridir. Bu gün azadlığın, milli birliyin və doğma torpaqlara qayıdışın rəmzi kimi qeyd olunur. Bu qələbənin qəhrəmanları olan Azərbaycan əsgərlərinin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi dövlət və cəmiyyət tərəfindən daim ehtiramla yad edilir. Onların göstərdiyi igidlik Azərbaycan gəncləri üçün vətənpərvərlik, məsuliyyət və fədakarlıq nümunəsidir. Qubadlının azadlığı uğrunda aparılan mübarizə də şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq salnaməsinin bir hissəsidir. Bu tarixi hadisəni xatırlamaq, onun əhəmiyyətini gənc nəslə çatdırmaq və şəhidlərin xatirəsini yaşatmaq milli mənəvi borcumuzdur. Qubadlının azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, bu tarixi günü bizə yaşadan qəhrəman qazilərimizə və ordumuza minnətdarlığımızı bildiririk. 

 Qubadlı Şəhəri Günümüz mübarək!

 Vüsal Abbaslı,

 Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt